Maraqlı

Nazik saçları bu üsullarla qalınlaşdırın

21 Oktyabr 2018 21:45
0 Şərh     Baxış: 1 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qadının ən çəkici aksessuarı onun saçlarıdır. Odur ki, üzünüzə, bədəninizə göstərdiyiniz diqqəti saçlarınıza da göstərin. Bunun üçün nə etmək lazımdır?

Milli.Az axşam.az-a istinadən nazik saçları gurlaşdırmağın bəzi yollarını təqdim edir:

1. Alma sirkəsi - suda həll olunmuş sirkəni saçlarınızı dibinə sürtün, 10 dəqiqə sonra yuyun. O, həm saç tökülməsinin qarşısını alacaq, həm də saç dibində qanın yaxşı dövr etməsinə kömək olacaq.

2. Kök suyu ilə kakos südünü qarışdırın və saçlarınıza çəkin. Saçlarınız həm sağlam, həm də güclü olacaq.

3. Çuğunduru 10 dəqiq qaynadın, suyunu soyudun və saçlarınızı yaxalayın. Həftədə 2-3 dəfə bunu təkrarlayın.

4. Suyu sıxılmış soğan, yaxud sarımsağı saç dibinə çəkin. 10 dəqiqə sonra iy gəlməsin deyə limon suyu ilə yaxalayın.

5. Aloe veradan alınan suyu saç dibinizə çəkin və 10 dəqiqə sonra yuyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.