Maraqlı

Instagramın yeni baş direktorunun adı məlum olub - FOTO

2 Oktyabr 2018 08:04
0 Şərh     Baxış: 783

Instagramın yeni baş direktoru Adam Mosseri  olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, o, buna qədər "facebook" sosial şəbəkəsinin foto xidmətlərinə cavabdeh olan bölmələrindən birinin rəhbəri olub. A.Mosseri ümumilikdə "facebook"da 10 ilə yaxın çalışıb.

Ötən ayın sonlarında Instagramın həmtəsisçiləri Kevin Sistr və Mayk Kriqer şirkətdən istefa verərək gedəcəklərini bildiriblər. Qeyd edək ki, Sistr baş direktor vəzifəsini, Kriqer baş texniki direktor vəzifəsini tutub. Onlar Instagramda 2010-cu ildən çalışıblar. Hər iki şəxs Instagramdan getmələrinin səbəbini açıqlamayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.