Maraqlı

Yuxuda yıxılmaq hissinin yaranma səbəbi

2 Oktyabr 2018 07:41
1 Şərh     Baxış: 6 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tam yuxuya gedərkən hər birimiz yuxuda yıxılmaq hissi ilə ən azı bir dəfə qarşılaşmışıq.

Milli.Az BBC-ə istinadən bildirir ki, buna səbəb beyindəki iki bölgənin nəzarət uğrunda mübarizəsidir. Bunu yuxunun bir parçası  kimi qəbul edəndə sanki boşluğa düşürük. Əslində isə bu beynimiz ətrafı ilə əlaqəsini kəsərkən meydana çıxan mübarizənin nəticəsində baş verən hadisədir. Yuxuda vücudumuz iflic olmuş  kimi olar və dünyadakı hadisələrə hissiyyatsız olarıq. Lakin əzələ quruluşumuz belə olmaz. Əzələ quruluşumuz düyməyə basılmış kimi dayanmaz.

Beynimizdə retükkulyar aktivləşmə sistemi adlı bölgə nəfəs alma kimi əsas funksiyaları nəzarətdə saxlayar. Digər tərəfdən isə ventrolaterial preoptik nüvə isə yorğunluğumuzu nizamlayar. Yuxuya gedərkən retükkulyar aktivləşmə sistemi nəzarəti  ventrolaterial preoptik nüvəyə təslim edər. Məhz bu sistemlər arasında nəzarətin təhvil-təsliminin arasındakı mübarizə nəticəsində biz qəfil yıxılma və ya beynimizin içindəki hansısa"partlamalarla" üzləşə bilərik. Bundan ötrü narahat olmağa dəyməz. Sadəcə fizioloji və bioloji hərəkət deyərək yan ötə biləcəyimiz bir hadisədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.