Maraqlı

Aktrisa 55 illik “xəstə”sinin həbs olunmasını istəyir - FOTO

26 Sentyabr 2018 12:28
0 Şərh     Baxış: 2 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türkiyəli aktrisa Fatma Giriki 55 ildir narahat edən 71 yaşlı Mehmet Alsan adlı fanatının məhkəməsi baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iclasda Alsanın üç ilədək həbs olunması tələb olunub.

Bildirilib ki, Mehmet 1963-cü ildən aktrisaya fanatlıq edir və bu fanatlıq həddindən artıqdır.

"Bu şəxs 40 ildən çoxdur ki, fanatımdır. Arada qarşıma çıxıb məni çox sevdiyini deyirdi. Anamın evinə məktub yazıb qoyub.

"Kaş ki, səni vaxtında qaçırsaydım" sözləri də həmin məktubda yer alır. Eyni zamanda, hədələyici və məni narahat edən sözlər yazıb. Şikayətçiyəm. Cəzalandırılmasını tələb edirəm", - deyə Girik ifadəsində yazıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.