Maraqlı

Metroda ayaqlarını aralayıb oturanlar peşman edildilər - VİDEO - FOTO

26 Sentyabr 2018 11:26
5 Şərh     Baxış: 8 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai nəqliyyatda kişilərin ayaqlarını aralayaraq oturmaları çox pisdir, iyrəncdir. Bu, menspredinqdir. Mən də ictimai nəqliyyatda maçizmin belə təzahürünə qarşı mübarizə aparıram.

Milli.Az bildirir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, yerli universitetin hüquq fakultəsində təhsil alan məşhur bloqer və ictimai fəal Anna Dovqalyuk ictimai nəqliyyatda ayaqlarını aralayaraq oturanlara qarşı aksiya keçirib.

O, "Ayaqlarını araladın? Al, gəldi!" ("Spread your legs? Here you go!" adlandırdığı videomanifestini YouTube-dakı kanalında yerləşdirib.

Videoya indiyədək 850 mindən artıq insan baxıb.

Anna Dovqalyuk dostları ilə birlikdə Sankt-Peterburq metrosuna yollanıb, vaqonlarda ayaqlarını aralayaraq oturanların üzərinə içində ağardıcı məhlul olan butulkadakı məhlulu tökməyə başlayıb.

Anna Dovqalyukun dediyinə görə, "ictimai nəqliyyatda özünə birdən artıq yer tutmağa çalışanların maçizmi, alfa-erkəklik mərəzinə qarşı mübarizə məqsədilə aksiya keçirib".

Problem Azərbaycanda da var.

Metroda, avtobusda ayaqlarını aralayıb oturan kişilərimiz az deyil. Bu, mədəniyyətsizlik olmaqla yanaşı, Qərbdə "manspreading" adlanan yolverilməz olay, gender bərabərliyinin pozulmasıdır.

Bir çox ölkələrdə "manspredinq", yəni kişinin ictimai nəqliyyatda ayağını aralayaraq oturması xuliqanlıq, İran, Sinqapur, Yaponiya, Cənubi Koreya və Kanadada isə cinayət sayılır.

Məsələn, Nyu-York və ya Los-Ancelesdə belə kişi 75 dollar məbləğində cərimələnir. İranda isə 2 aydan 4 ayadək həbs olunur.

Bəs siz bu barədə nə düşünürsünüz?!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Видео с наказанием за раздвинутые ноги в метро разделило пользователей Сети

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.