Maraqlı

“Facebook”un moderatoru psixi xəstə oldu

25 Sentyabr 2018 20:50
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsinin keçmiş moderatoru Selena Skola məhkəmədə iddia qaldırıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb S. Skolanın "yüksək toksikli" şəkillərə baxması üzündən psixi xəstəliyə düçar olmasıdır. 

Keçmiş menecer "Facebook" şirkətini iş yerində təhlükəsizlik qaydalarına əməl etməməkdə günahlandırır. 

Məlum olub ki, Skola "Facebook"da işləyərkən zorakılıq səhnələrinin yer aldığı minlərlə şəkil, video və canlı yayıma tamaşa etməli olub. 

Məhkəmə iddiasında qeyd olunur ki, Skola soyuq otaqda olarkən, kompüter mausuna toxunarkən, televiziya ilə zorakılıq səhnələri izləyərkən stressə düşür. 

İddiaçı şirkətdən tibbi monitorinq fondunu yaratmağı tələb edir. Şirkət isə bu tələbi hazırda nəzərdən keçirdiyini bəyan edib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.