Maraqlı

Kadir İnanır məşhur aktyorları tənqid etdi - FOTO

25 Sentyabr 2018 11:25
2 Şərh     Baxış: 1 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni "Qapı" filmini təqdim etməyə hazırlaşan Kadir İnanır Cem Yılmazla Şahan Gökbakarı tənqid edib.

Milli.Az publika-ya istinadən xəbər verir ki, "Yeşil Çam"ın məşhur ulduzu komediya ustalarını ittiham edib:

"Bu yaxınlarda bir qəzetdə oxudum ki, kino sənayesi onlara etibar edilib. Hər ikisini sevirəm, amma xilas etməyi onlara tapşırmaq... Bu dövr film çəkmək qəhrəmanlıqdır. Kommersiya gözləntisi böyük olan komediya layihəsi etmirik.

Fəaliyyətimin 50 ili tamam olur, hələ də qarşınızdayam. Bu komediya aktyorları isə daim müəyyən adlarla çalışırlar. Onlarla işləməsinlər demirəm, amma, əsas peşənin sahiblərini yox saymaq doğru deyil. Biz köhnə filmləri çəkərkən yollarda anamız ağladı, hər şey burnumuzdan gəldi".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.