Maraqlı

Məşhur aktyor özündən yaşca iki dəfə kiçik sevgilisi ilə - FOTO

25 Sentyabr 2018 12:25
0 Şərh     Baxış: 1 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivudun canlı əfsanəvi Al Paçinonun yeni sevgilisi var.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 78 yaşlı aktyor dünən Los-Ancelesdəki "Dan Tanas" restoranından 39 yaşlı yəhudi aktrisa və yazıçı Meytal Dohanla birlikdə çıxıb.

Aktyor Dohanla ötən aydan bəri görüşsə də, bu münasibəti faş etməməyə çalışırdı. İndi isə Al Paçino artıq heç nəyi gizlətməmək qərarına gəlib.

İsrailin məşhur aktrisalarından olan 39 yaşlı Meytal Dohan həm də yazıçıdır. O, "Eşq və digər zərərli vərdişlər" romanının müəllifidir.

M.Dohan əfsanəvi aktyorun artıq sabiq sevgilisi, argentinalı aktrisa Lüsila Soladan cəmi 2 yaş kiçikdir. L.Sola aktyor Leonardo Di Kaprionun yeni sevgilisi Kamila Morronenin anasıdır.

Al Paçino aktrisa və sabiq model Lüsila Sola ilə 6 il yaşayıb. Onu Al Paçino ilə son dəfə bu ilin aprelində, Meksikada birgə istirahətdə görüblər.

Lüsila Sola məşhur aktyorun qeyri-rəsmi nikahdakı xanımı sayılırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.