Maraqlı

"Canlı qəsr" dağıldı: yaralananlar var - VİDEO - FOTO

25 Sentyabr 2018 13:46
0 Şərh     Baxış: 2 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Barselona şəhərində keçirilən ənənəvi "La Merse" bayramında insident yaşanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 11 nəfərdən ibarət "castell" adlı "canlı qəsr" dağılıb, iki nəfər yaralanıb.

"Castell" Kataloniyadakı "La Merse" bayramında iştirakçıların yaratdıqları "canlı qəsr"dir. Kastelyerlər komandası ("colles castelleres") mümkün qədər uca və mürəkkəb "castell" yaratmaq üçün yarışırlar.

Kökü "Moixiganga" adlı dini rəqs ayinlərinə dayanan bu ənənə Tarraqonada yaranıb, Kataloniyanın cənubunda yayılıb.

"La Merse" bayramı Barselonanın hamisi "Mare de Deu de la Merce"nin şərəfinə keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.