Maraqlı

Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək

24 Sentyabr 2018 23:18
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar "007" serialının növbəti seriyasının rejissoru yapon əsilli amerikalı Keri Coci Fukunaqa olacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, serialın prodüsserləri bildiriblər ki, çoxplanlı və innovativ yanaşma onu Ceyms Bond barədə növbəti sərgüzəştləri lentə almaq üçün ən layiqli namizəd edir. Bu, Böyük Britaniyanın məxfi xidmət agentinin fantastik sərgüzəştləri barədə 25-ci film olacaq.

Britaniyalı kinorejissor Denni Boyl prodüsserlərin "kreativ fikir ayrılığı" kimi qələmə verdikləri səbəblərə görə layihəni avqustda tərk edib.

Yeni filmin çəkilişlərinə gələn ilin martında başlanacaq. Filmin 2020-ci ilin fevralında prokata çıxarılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.