Maraqlı

Asteroiddən ilk fotolar gəldi

24 Sentyabr 2018 23:13
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Hayabusa 2" kosmik aparatı Ryugu asteroidinə göndərdiyi 2-ci aparatdan ilk görüntüləri əldə edib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, gündoğar ölkənin Kosmik Tədqiqatlar Agentliyi Tvitter səhifəsində foto paylaşıb.  Məlumata əsasən, "1A" və "1B" adlı aparatlar cazibə qüvvəsinin zəif olduğu asteroidin səthinə eniblər. 

Bundan başqa ikinci aparat 1 km eni olan asteroid səthinin fotolarını Yerə göndərib.

"Hayabusa 2" 3.5 illik səfərdən sonra Ryugu asteroidinə çatıb. Aparat 2 illik fəaliyyətdən sonra götürdüyü nümunələrlə dünyaya geri qayıdacaq. Bu nümunələr isə Günəş Sisteminin yaranması ilə bağlı məlumatlara işıq tutacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.