Maraqlı

"Evli kişi ilə eşq yaşamıram" - Aslı Enver əsəbiləşdi

23 Sentyabr 2018 18:03
0 Şərh     Baxış: 4 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl müğənni Murad Bozdan ayrılan aktrisa Aslı Enver haqda yeni iddia ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Aslının evli bir kişi ilə eşq yaşadığı deyilir.

Xəbəri eşidən aktrisa buna göz yummayıb və susqunluğunu pozub. O, İnstaqram hesabında haqqında yayılan iddia ilə bağlı bunları yazıb:

"Bu günə qədər doğru olmayan, çirkin iddialarla dolu, ayrılıq səbəbi kimi göstərilən heç bir xəbər haqqında açıqlama vermədim. Amma evli və uşaqlı kişilərlə adımı hallandıraraq xəbərlərin yayılması mənə də, ailəmə də çox pis təsir edir. Bu xəbəri ortaya atan İnstaqram hesabı və jurnalist ilə hüquqi müstəvidə danışacağıq. Bundan sonra da haqqımda çıxan əsassız xəbərlərlə bağlı hüquqi haqqımı istifadə edəcəm".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.