Maraqlı

Rus mafiyasının nüfuzlu lideri intihar etdi

22 Sentyabr 2018 15:14
0 Şərh     Baxış: 3 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqon" ləqəbli məşhur rusiyalı qanuni oğru Vladimir Vaqin Permdə yerləşən 10 nömrəli həbsxanada intihar edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, məlumatı "Praym Kraym" saytı yayıb. 54 yaşlı qanuni oğrunun cəsədi gecə 23:00-da öz kamerasında tapılıb.

Qeyd edək ki, Vaqin 1995-ci ildə qanuni oğru statusunu alıb. O, Vasili Xristoforov (Voskres) və Yuri Piçuqin (Piçuqa) kimi rus mafiyasının slavyan klanı arasında ən nüfuzlu şəxs olub. 2013-cü ildə ABŞ onun adını rus qanuni oğrularını birləşdirən "Qardaş dairəsi" (təşkilata adı ABŞ verib - red.) cinayətkar təşkilatının tərkibinə daxil edib.

Vaqin sonuncu dəfə 2016-cı ildə həbs edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.