Beləliklə, dünyanın ən məşhur 10 sabiq pornoulduzunun indiki həyatına nəzər salaq.
1. Saşa Qrey



2006-cı ildə pornobiznesdə uğurlu karyeraya başlamış Qrey cəmi 3 il sonra "canlı büt" adlandırıldı. Yüzlərlə pornofilmlə yanaşı, o, məşhur kinorejissor Stiven Soderberqin filminə çəkildi, bir neçə serialda yer aldı.
Bu ilin aprelində pornobiznesi sakitcə tərk edən Saşa kitab yazıb.
2. Merilin Çembers



İlk populyar pornoaktrisalardan biri 1972-ci ildə çəkilmiş "Yaşıl qapı arxasında" filmindən sonra məşhurlaşdı. Sonradan "abırlanan" Merilin porno ilə vidalaşdı, Devid Kronenberinqin filmində çəkildi, amma uğur qazana bilmədi.
2004-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Çembers vur-tut 946 səs toplamışdı.
3. Cenna Ceymson



10 il əvvəl ən məşhur pornoulduz sayılan Cenna 150 filmə çəkilməsi və plastik cərrahiyyə əməliyyatları nəticəsində dəyişmiş bədəni ilə məşhurlaşmışdı. Pornofilmlər istehsal edən "ClubCenna" şirkətini yaradandan sonra ildə 30 milyon dollar qazanmağa başlayan Cenna 2008-ci ildə aktrisa karyerasına son qoydu.
4. Çiççolina


Macar əsilli italiyalı Çiççolina parlamentdə yer almış ilk pornoaktrisadır. Deputatlığı dönəmində o, gizli obyektlərin təftişinə icazə verəcəyi təqdirdə, İraq prezidenti Səddam Hüseynə "xidmət etməyə" hazır olması barədə bəyanatla qalmaqal yaratmışdı.
5. Melissa Skott


Pornoqrafik filmlərə "Barbara Brices" adı ilə çəkilən Skott 1980-ci illərdə yetərincə populyardı. Sonralar o, pornobiznesi tərk etdi, tövbə etdi və kilsədə rahibə oldu.
6. Bricit Lyae



Fransanın ən məşhur pornoulduzu 116 filmə çəkilmişdi. 1980-ci ildə porno ilə vidalaşan Bricit yalnız erotik filmlərə çəkilməyə başlayıb.
İndi 55 yaşlı Lyae RMC radiostansiyasında şou aparıcısıdır.
7. Adriana Seyc


"X insanlar" komikslərinin qəhrəmanlarından birinin adını özünə təxəllüs götürən Seyc 1980-ci illərdə populyardı. 80 filmə çəkilmiş Seyc 2008-ci ildə porno ilə vidalaşdı, Amerika futbolu matçlarını şərh edir.
8. Linda Lavleys



"Dərin boğaz" filminin qəhrəmanı cəmi 2 filmdə çəkilsə də, kino tarixində qaldı. Sonralar o, normal filmlərə çəkilsə də, heç bir uğura nail olmadı.
Ərə gedən Lavleys iki övlad anası oldu, bəxtəvər evdar xanıma çevrildi. O, 2002-ci ildə avtomobil qəzasına düşərək həlak olub.
9. Asiya Karrera



"Asiya Karrera" təxəllüsü ilə tanınmış Cessika Bennet ən ağıllı pornoaktrisa sayılırdı: onun İQ səviyyəsi 150 idi. 7 illik karyerasını başa vurandan sonra ərə gedən və adını dəyişən Cessika elitar şəhərcikdə yaşamağa başladı, evdar xanım oldu.
10. Stefani Qreqori



"Stormi Deniels" adı ilə 120 pornofilmə çəkilmiş Stefani sonra karyerasını başa vurdu və ABŞ Senatına keçirilən seçkilərə qatıldı. Lakin seçki kampaniyasında avtobusu partladılandan sonra qorxuya düşən aktrisa siyasəti də tərk etdi.
Milli.Az