Maraqlı

Yeni texnologiya hazırlanıb

22 Sentyabr 2018 23:52
0 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin rəhbərliyi altında çalışan mütəxəssislər kənarda quraşdırılmış aparaturanın köməyilə otaqdakı insanların sayını dəqiqliklə təyin etməyə imkan verən texnologiya hazırlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni texnologiyaya əsasən otaqdakı insanların sayını təyin etmək üçün yalnız iki qurğu lazımdır: simsiz ötürücü aparat və siqnal qəbuledicisi. Hər iki qurğu otağın divarının arxasına yerləşdirilə bilər. Həmin otaqda qurğuların ilkin kalibrlənməsi tələb olunmur, həm də operatora ehtiyac yoxdur. Y.Mostofinin fikrincə, yeni texnologiya təhlükəsizlik sistemləri və enerji sərfiyyatının idarə edilməsi sistemlərində tətbiq oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.