Maraqlı

"Hayabusa-2" kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib

22 Sentyabr 2018 20:24
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) bildirib ki, "Hayabusa-2" kosmik zondu Ryuqu asteroidinə iki ədəd robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, JAXA-nın məlumatına görə, şənbə günü Yerə göndəriləcək fotolar "MINERVA-II-1" nəqliyyat vasitələrinin asteroidə uğurla endiyini təsdiq edəcək.

Agentliyin nümayəndələri nəqliyyat vasitələrinin cümə günü, "Hayabusa-2" 20 min metr hündürlükdən enərək, asteroidin səthinə 55 metrədək yaxınlaşdıqdan sonra göndərildiyini bildiriblər.

Nəqliyyat vasitələrinin asteroidə göndərilməsində məqsəd həm sınaqların keçirilməsi, həm də onun səthindən fotoların çəkilərək Yerə göndərilməsidir. Asteroidə növbəti robotlaşdırılmış nəqliyyat vasitələrinin oktyabrda göndərilməsi planlaşdırılır. "Hayabusa-2" kosmik zondunun göyərtəsində daha iki nəqliyyat vasitəsinin olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.