Maraqlı

Burada insanlar aclıqdan YARPAQ YEYİRLƏR

22 Sentyabr 2018 23:39
9 Şərh     Baxış: 3 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəməndə insanlar qida çatışmazlığı şəraitində yarpaqları yeməyə məcbur olurlar.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru Mark Loukok bildirib.

Onun sözlərinə görə, hazırda kasıb ölkə Yəməndə vəziyyət fəlakətə yaxındır. Müntəzəm qidalanmaq imkanları olmayan əhalinin sayı yaxın vaxtlarda təxminən bir yarım dəfə arta, 11,5 milyon nəfər ola bilər.

Aclıq bir sıra rayonlarında müşahidə olunur.

"Biz insanların yarpaq yediklərini görürük, çünki başqa yemək yoxdur", - deyə Loukok bildirib.

Ölkədə iqtisadi vəziyyətin kəskin pisləşməsi son bir ayda Yəmən rialının təxminən 30% qiymətdən düşməsi ilə əlaqədardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.