Maraqlı

Linza istifadəçilərinə XƏBƏRDARLIQ - TƏHLÜKƏLİ İNFEKSİYA

22 Sentyabr 2018 16:49
0 Şərh     Baxış: 2 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin göz xəstəlikləri üzrə mütəxəssisləri linza istifadəçilərinə xəbərdarlıq ediblər.

Milli.Az xəbər verir ki, nadir rastlanan və korluğa səbəb olan infeksiyaya səbəb olan göz linzalarından istifadə edərkən gigiyenik qaydalara mütləq riayət etmək lazımdır.

Londondakı Morfilds Göz Xəstəxanasının həkimlərinin rəyinə əsasən, qarşısı alına bilən xəstəlik sayılan "Acanthamoeba keratitis" adlı infeksiya gözün ön hissəsində iltihab yaradır. Bu təhlükəyə ən yaxın isə linza istifadəçiləri hesab olunur.

Bildirilir ki, linzaları çıxararkən və taxarkən gigiyenik qaydalara əməl olunmalıdır. Linzayla birlikdə duş qəbul etmək və ya suda üzmək də risklidir.

İnfeksiyaya məruz qalan xəstələr görmə qabiliyyətini 25 faiz itirə və ya tamam kor ola bilərlər. /publika.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.