Maraqlı

Dünyanın müzakirə etdiyi 5 məşhur cütlük - FOTO

21 Sentyabr 2018 20:44
0 Şərh     Baxış: 2 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanoğlu həmişə müzakirə etməyə bir şey tapır. Hətta dünyaca məşhur insanların həyat yoldaşı belə onların diqqətindən yayınmır. 

Milli.Az axşam.az-a istinadən evləndikləri gündən bu günədək həyat yoldaşları baxımından daim tənqidlərə məruz qalan 5 məşhur cütlüyü təqdim edir:

Aktyor Haq Cakman və həyat yoldaşı Deborra Li Förnes - Haq xanımından 13 yaş kiçikdir. Amma buna baxmayaraq 20 ildir onunla birlikdədir və xoşbəxt olduğunu bildirir. İnsanlar isə onları bir-birinə yaraşdırmayaraq daim fotolarının altına "Debora elə bil anadır" kimi şərhlər yazırlar. 



"Ceym Bond" kimi tanınan aktyor Piers Brosnan və həyat yoldaşı, jurnalist Kili Şay Smis - onlar da cütlük olaraq bir-birlərinə yaraşdırılmasalar belə, evləndilər və 2 övladları var.



Aktyor Haq Lauri və həyat yoldaşı Co Qrin - 80-ci illərdə tanış olublar. Bir müddət sevgili qaldıqdan sonra münasibətlərini rəsmiləşdiriblər. Cütlüyün 3 uşağı var.



Boksçu Vladimir Kliçko və həyat yoldaşı Hayden Panettier - boyları uyğun gəlməyən cütlük heç kimin fikrinə əhəmiyyət verməyərək ailə qurdu. Hazırda bir övladı olan Vladimir və Hayden çox xoşbəxtdirlər.



"Facebook" yaradıcısı Mark Zukerberq və həyat yoldaşı Priscilla - heç kim onların ailə quracağına inanmasa da, amma cütlük bunu etdi və 2 övlad sahibidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.