Maraqlı

NASA nadir atmosfer hadisəsini qeydə aldı - Gümüşü buludlar... - VİDEO

21 Sentyabr 2018 21:00
0 Şərh     Baxış: 1 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA nadir atmosfer hadisəsi sayılan gümüşü buludları lentə alıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu buludlar eyni zamanda gecə işıqları və mezosfer buludları kimi də tanınır.

NASA-nın "PMC Turbo" missiyası iyul ayında beş gün davam edib. İsveçdəki Esreync poliqonundan alimlər mezsoferə 7 kamera ilə təchiz edilmiş nəhəng hava şarı göndəriblər. Nəticədə 6 milyon foto əldə edilib.

Alimlər ümid edirlər ki, əldə edilən məlumat Yerin atmosferinin üst qatının strukturunu daha yaxşı öyrənməyə kömək edəcək və hava proqnozlarını daha da təkmilləşdirəcək.

Gümüşü buludlar mezosferdə yaranan ən hündür buludlardır. 70-95 km hündürlükdə yaranır. Onların yaranması üçün külli miqdarda su buxarı, çox aşağı tempratur, toz hissəcikləri lazımdır. 

Videonu izləmək üçün şəklə klikləyin:
NASA nadir atmosfer hadisəsini qeydə aldı

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.