Maraqlı

Robot texnikası 2025-ci ilədək 58 milyon yeni iş yeri yaradacaq

22 Sentyabr 2018 07:14
0 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya İqtisadi Forumu yeni hesabat dərc edib. Hesabatda göstərilir ki, 2025-ci ilədək robotlar işlərin əksər hissəsini (51 faiz) yerinə yetirəcək. Robot texnikası 58 milyon yeni iş yeri yaradacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, böyük şirkətlərdə çalışan əməkdaşların 54 faizi peşəsini dəyişmək və ya bacarıq səviyyəsini artırmaq məcburiyyətində qalacaq. Hesabata görə, gələcəkdə operator, mühasib, inzibatçı, katib, quraşdırma müəssisələri işçisi, auditor, poçt xidmətləri əməkdaşı, sifarişçilərlə iş üzrə xidmət operatoru, anbar uçotu operatorları və s. kimi peşələrə tələbat azalacaq. Yeni peşələr isə məlumat analitiki, süni intellekt və robotların öyrədilməsi üzrə mütəxəssis, proqram təminatı tərtibatçısı, satış və marketinq üzrə mütəxəssis, iritutumlu məlumatlarla iş üzrə, rəqəmli texnologiyalara keçid üzrə və yeni texnologiyalar üzrə mütəxəssis və s. olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.