Maraqlı

Yeraltı bunkerdə ruh göründü - FOTO

24 Sentyabr 2018 07:55
1 Şərh     Baxış: 2 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Böyük Mançester qraflığının sakini Ceyk Parr iki ruhu lentə alıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Parr tərkedilmiş yeraltı bunkerə enib. Parr anomal hadisələrin tədqiqi ilə məşğul olur və tez-tez tərk edilmiş yerləri, tarixi məkanları ziyarət edir. Bu dəfə isə o, yeraltı bunkerdə iki ruhu lentə ala bilib.

Ceykin fotolar çəkdiyi yeraltı bunker Stokportda yerləşir. O, lentə aldığı fotoları nəzərdən keçirəndə fotoların birində keçəl kişi görüb. Bu isə onu çox qorxudub.

Növbəti fotoda isə o, qız ruhu görüb.
"Mən bunkerdə olanda kiminsə arxadan mənə baxdığını hiss edirdim. Fotolara baxdıqdan sonra isə qorxdum. Amma bu mənim üçün yenilik deyil. Çünki bir çox tərk edilmiş yerdə olmuşam. Bununla belə, çox qorxdum", - deyə Parr bildirib.

Qorxsa da, Ceyk bunkerə qayıdıb yeni fotolar çəkmək istəyir:

"Mən elektro maqnit aktivliyinə həssas olan yeni cihazla bunkerə qayıdacam və yeni fotolar çəkəcəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.