Maraqlı

Rza Zərrabın Nyu-Yorkda lüks həyatı ortaya çıxdı - FOTO

21 Sentyabr 2018 13:12
1 Şərh     Baxış: 5 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Rza Zərrabın Nyu-York şəhərində lüks şəraitdə yaşadığı ortaya çıxıb.

Milli.Az publika-ya istinadən xəbər verir ki, Rza Zərrab ötən həftə görüntüləndiyi "Nobu" restoranının qarşısındakı "Four Seasons Downtown" otelinə daxil olarkən görüntülənib.

İş adamının fotolarını "Hürriyyət"in müxbiri Razi Canikligil çəkib. Oteldə başqa bir adla yaşadığı bildirilən Zərrab "Hürriyət" müxbirini gördükdən sonra tez otelə qaçıb.

Zərrabın xüsusi mühafizəçilər və Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən qorunmaması diqqət çəkib.

Qeyd edək ki, 2016-cı ilin martında İrana qarşı tətbiq olunan sanksiya qərarını pozmaqda ittiham olunaraq ABŞ-da həbs olunan Rza Zərrab məhkəmədə etirafçı olduqdan sonra azad edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.