Maraqlı

Mişel Obama kitab yazdı - FOTO

21 Sentyabr 2018 12:49
1 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sabiq prezidenti Barak Obamanın xanımı Mişel Obama "Becoming" adlı avtobioqrafik kitab yazıb.

Milli.Az CNN-ə istinadən bildirir ki, kitab noyabrın 13-də satışda olacaq.

"Həyatımda əldə etdiyim nailiyyətlərə çatdığım proseslə bağlı fikirlərimi sizinlə bölüşmək istədim", - 54 yaşlı Mişel Obama Twitter-ə yazıb.

Kitabın tanıtımı ilə bağlı olaraq noyabrın sonunda və dekabrda Mişel Obama Birləşmiş Ştatlarda oxucularla görüşlər keçirəcək.

Mişel Obama memuarlarında uşalıq illərindən, prezident xanımı olduğu dönəmdən bəhs edib.

Bu arada M.Obama Vaşinqtonda yaşayan, Birləşmiş Ştatların ən populyar vizajistlərindən olan Karl Reyin studiyasında olub.

Studiyada olarkən Reylə yanaşı duran və əynində xələt olan Mişel Obamanın fotosunu vizajist İnstagram-dakı profilində paylaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.