Maraqlı

Məşhur amerikalı repçi 28 il azadlıqdan məhrum edilib - FOTO

21 Sentyabr 2018 08:19
0 Şərh     Baxış: 2 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı repçi və prodüser Şuq Nayt istintaqla müqavilə bağlayıb və qətlə görə 28 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az "report"-a istinadən bildirir ki, 28 illik müddət təqribən 3,5 il azaldılacaq, çünki repçi məhkəmə prosesi zamanı bu müddəti qazamatda keçirdib.

53 yaşlı musiqiçinin özü isə affekt vəziyyətində törədilmiş qətl işi üzrə ittihama etiraz etməyəcəyi ilə razılaşıb.

Repçi 2015-ci ilin yanvarında pikap ilə iki nəfəri vurub. Onlardan biri xəstəxanada ölüb. Ölən şəxs Naytın dostu və "Heavyweight Records"un təsisçisi Terri Karter olub. Şahidlərin sözlərinə görə, Nayt dostu ilə mübahisə etdikdən sonra maşını onun üzərinə sürüb. Repçi özü bildirib ki, kişinin üzərindən keçmək niyyətində olmayıb və onu güllələyəcəklərindən qorxaraq oradan qaçmaq istəyib.

Şuq Nayt, xüsusilə məşhur repçilər 2Pac, Dr. Dre və Snoop Dogg-un bəstələrinin buraxıldığı "Death Row Records" səsyazma studiyasının təsisçisi və keçmiş baş direktorudur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.