Maraqlı

Şirin və dəhşətli robot - iCub

25 Sentyabr 2018 22:40
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtalyalı araşdırmaçılar, insansa bənzər bir robot olan iCub üzərində bir müddətdir işləyirlər. Virtual həqiqət sistemlərilə uzaqdan idarə edilə bilən iCub, bir uşaq kimi görsənir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insana bənzər robot texnologiyaları hələ inkişaf mərhələsindədir.

Avropa İttifaqı daxilində İtaliyada hazırlanan iCub layihəsi üçün 20 fərqli laboratoriyadan elm insanı bir araya gəldi. Robotun simsiz əlaqələrlə uzaqdan nəzarət edilməsi üçün virtual reallıq sistemləri istifadə edilir.

iCub üzərində 53 fərqli mühərrik, jiroskop kimi sensorlar, səs və görünüş qəbul edici xüsusi strukturlar var. Təməl dizaynında 3.5 yaşındakı bir uşağın fiziki ölçülərilə həyata keçirilən robot, yaxında süni zəka proqramlarının dəstəyini alacaq. Bu sayədə, müstəqil bir formada kompleks obyektləri bir-birlərindən ayırd etmək üçün maşın təhsili istifadə edəcək. Yəni iCub kiçik bir uşaq kimi yetişdiriləcək.

Hələlik iCub olduqca yavaş hərəkət edir, yeriməyi yeni öyrənmiş bir uşaq kimi davranır. Araşdırmaçıların onu bir uşaq olaraq hazırlayıb bu çatışmazlıqları gizlətmələri olduqca müvəffəqiyyətli bir yanaşmadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.