Maraqlı

Qasimin şəhadət hekayəsi

25 Sentyabr 2018 21:40
0 Şərh     Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın ali dini rəhbəri Həzrət Qasimin (ə) şəhadət hekayəsini zikr etmiş və buyurmuşdur: "Aşura hadisələrindən biri də Qasim ibni Həsənin (ə) şəhadət hadisəsi idi. Qasim ibni Həsən qiyamda iştirak edən kiçik yaşlı cavanlardan idi. Hələ həddi-büluğa çatmamış yeniyetmə idi. Aşura gecəsi İmam (ə) bu hadisənin baş verəcəyini xəbər verən zaman səhabələrinə buyurur ki, çıxıb getsinlər. Ancaq onlar qəbul etmirlər.

Bu 13-14 yaşlı yeniyetmə deyir: "Əmican! Mən də meydanda şəhid olacağam?".

İmam (ə) bu cavanı imtahan etmək istəyir və buyurur: "Əzizim! Sənin nəzərində ölüm necədir?".

Deyir: "Baldan da şirindir!".

İndi ki, Aşura günü gəlib çatır, bu cavan əmisinin yanına gəlir. Orada hədis söyləyənlər olmuşdur ki, belə nəql edirlər: "Elə ki, xeyməyə nəzər saldıq, gördük ki, İmamın (ə) xeyməsindən bir yeniyetmə çıxdı. Üzü on dörd günlük ay kimi parlayırdı. Meydana gəldi və vuruşdu. Zərbə bu cavanın başını yardı. Oğlan üzü üstə torpağa düşdü. Bu zaman fəryad çəkdi: "Əmican!".

Nəql edilir ki, İmam (ə) bir ovçu sürəti ilə özünü bu yeniyetmənin başı üstünə çatdırdı. Düşmənə hücum etdi. Deyirlər ki, qəzəbli şir kimi hücum edirdi. Əvvəl qatili bir qılınc zərbəsi ilə yerə yıxdı. Bir dəstə həmin qatilə kömək etmək vermək istəyir. Ancaq İmam (ə) onların hamısına hücum edir və Qasimin ətrafında böyük döyüş baş verir. İmam (ə) onların hamısını məğlub edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hədisi nəql edən yazır: "Bir müddət sonra döyüşün toz-torpağı yatır. Sonra bu mənzərəni təsvir edir ki, ürəkləri yandırır. İmam (ə) bu cavanın başı üstündə dayanır və ona həsrətlə nəzər salır. O yeniyetmə isə ayaqları ilə yeri eşirdi. Yəni, can verirdi və ayaqlarını tərpədirdi.

İmam (ə) buyurur: "O kəslər ki, səni qətl ediblər, Allahın rəhmətindən uzaq olsunlar!"".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.