Maraqlı

“Əşyalar interneti”ndə təhlükə artır

25 Sentyabr 2018 08:46
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kasperski Laboratoriyası" tərəfindən keçirilmiş araşdırmaya görə, hakerlər "əşyalar interneti" qurğularına qarşı hücumların sayını artırıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "əşyalar interneti" bazarı çox sürətlə inkişaf edir. Analitiklər bildirirlər ki, beşinci nəsil kommersiya yönümlü mobil şəbəkələrin işə salınmasından sonra "əşyalar interneti" qurğularının sayı xeyli artacaq. Buna görə hakerlərin bu bazara  diqqəti başadüşüləndir.
 
"Kasperski Laboratoriyası" 2018-ci ilin birinci yarısında 2017-ci illə müqayisədə "ağıllı" qurğulara hücum edən zərərli proqram təminatının sayının 3 dəfə artdığı barədə məlumat verib. 2017-ci ildə isə zərərli proqram təminatının sayı 2016-cı illə müqayisədə 10 dəfə çox idi. Başqa sözlə desək, "əşyalar interneti" seqmentində kibertəhlükələrin sayı sürətlə artır.
 
Hakerlər "əşyalar interneti" qurğularından "Paylanmış xidmətdən imtina"  (DDoS) tipli hücumların təşkilində istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.