Maraqlı

Rostov zooparkında robot-kassir işə başlayıb

25 Sentyabr 2018 08:05
0 Şərh     Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış "WayBot" adlı xidməti robot Rostov zooparkında işə başlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, robot-kassir ziyarətçiləri qarşılayacaq, onlara zoopark haqda məlumat verəcək, giriş üçün bilet satacaq, həmçinin zooparkın saytından satın alınmış biletləri çap edəcək. Bundan başqa, istehsalçıların məlumatına görə, "WayBot" robotu zooparkda olan heyvanlar  haqda aktual xəbərləri sensor ekrana çıxara və keçiriləcək tədbirləri elan edə bilir.
 
Bildirək ki, cari ilin fevralında ictimaiyyətə təqdim edilmiş "WayBot" robotu təkrarlanan əməliyyatlar vaxtı (xidmət haqqı, konsultasiyalar, ekskursiyalar, naviqasiyada kömək, bilet və şəkillərin çapı) insanı əvəz etmək məqsədilə hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.