Maraqlı

Kiçik PlayStation buraxılacaq - VİDEO

25 Sentyabr 2018 08:51
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Sony" şirkəti 1994-cü ildə "PlayStation" oyun qurğusunun birinci nəslini təqdim edib. Bu hadisənin 25 illiyi münasibətilə şirkət onun "PlayStation Classic" adlanacaq kiçildilmiş surətini buraxacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qurğunun ölçüsü orijinal "PlayStation" konsolundan təxminən iki dəfə kiçik olsa da, xarici görünüşünə görə oxşar olacaq. Qurğu dəstinə "HDMI" kabeli və iki idarəetmə coystiki daxildir, lakin istifadə üçün 5V-luq "USB AC" adapter də tələb olunur.  

"PlayStation Classic" konsolunun satışlarına dekabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur. Qiyməti 99 dollar təşkil edəcək qurğu üçün ilkin sifarişlər isə artıq indidən qəbul edilir.

Yeni "PlayStation Classic" konsolunda o vaxtın 20 məşhur oyunu, o cümlədən "Final Fantasy VII", "Jumping Flash", "Ridge Racer Type 4", "Tekken 3" və "Wild Arms" əvvəlcədən quraşdırılacaq. Konsola əvvəlcədən quraşdırılacaq oyunların tam siyahısı sonradan açıqlanacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kiçik PlayStation buraxılacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.