Maraqlı

Lucid Motors 1 milyard dollar investisiya aldı

25 Sentyabr 2018 08:01
0 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Lucid Motors adlı elektrikli avtomobil istehsalçısı Səudiyyə Ərəbistanın suveren fondundan 1 milyard dollar dəyərində investisiya razılığına gəlib. Əldə olunmuş investisiya Arizona ştatında şirkət zavodunun tikilməsinə və şirkətin ilk elektrikli avtomobil modeli olan Lucid Air-in irimiqyaslı istehsalına xərclənəcək. Beləliklə Lucid Air 2020-ci ildə satışa çıxa biləcək. Bu, 2007-ci ildə təsis edilmiş və hələ də özünün elektromobil modelini satışa çıxartmamış bir layihə üçün çox böyük investisiya göstəricisidir.

Milli.Az technote.az-a istinadən bildirir ki, Lucid Air elektromobilinin qiyməti 60.000$ təşkil edəcək. Bu isə Tesla Model S-in standart qiymətindən 15.000$ daha ucuzdur. Bu müqavilə barəsində şayiələr hələ Avqust ayının ortasında yayılmışdı. Həmin vaxtda şirkətin rəqibi olan Tesla-nın səhm qiymətləri 6% aşağı düşmüşdü. Bundan əlavə olaraq Səudiyyə Ərəbistanın suveren fondu həmçinin Tesla şirkətinin səhmlərinin 5%-nə sahibdir. Fond həmin hissəni 2 milyard dollara almışdı. Əldə olunmuş investisiyadan sonra Musk bildirmişdi ki, sözügedən fond şirkətin bütün səhmlərini almaqla Tesla-nı birjadan çıxarda bilər. Lakin investorlar tərəfindən olmuş mənfi fikirlər nəticəsində Musk bu fikirdən imtina etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.