Maraqlı

Kofeinsiz qəhvə necə əldə olunur?

20 Sentyabr 2018 22:35
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəziləri qəhvənin dadını çox bəyənsə də tərkibindəki kofeindən narahat olduğuna görə kofeinsiz qəhvəyə üstünlük verir. Amma qəhvəni kofeindən təmizləmək prosesi təxmin edildiyi qədər asan deyil.

Kofeini ilk dəfə XIX əsrdə alman kimyagəri Friedlien Ferdiand Runge kəşf edib. Runge quşüzümü kimi tanınan çöl meyvəsindəki bir maddənin həzm edilməsi nəticəsində göz əzələlərinin genişləndiyini aşkar edib. Onun bu fəaliyyətindən xəbərdar olan məhşur alman yazarı Goethe, eyni zamanda elmlə də maraqlandığı üçün Runge ilə əlaqə saxlayaraq ona hədiyyə edilən qəhvə tumlarını araşdırmasını istəyib.

Beləliklə, müasir dünyada ən çox istehlak edilən oyandırıcı kofein kəşf edilib. Kofein təkcə qəhvədə deyil, çay və şokoladda da var. Oyandırıcı və iştah kəsici xüsusiyyətə sahibdir. Bu səbəblə tələbələr və oyaq qalmaq istəyənlər daha çox qəhvədən istifadə edirlər. Lakin kofeinin narahatlıq, yuxusuzluq, ishal, həddən artıq tərləmək, sürətli nəbz və əzələ titrəməsi kimi mənfi təsirlərinin də ola biləcəyi məlumdur.

Bu təsirlərə məruz qalmaq istəməyənlər bu səbəbdən kofeinsiz qəhvədən istifadə edirlər. Bəs kofein qəhvədən necə təmizlənir? Bu təxmin edildiyi qədər asan bir prosses deyil.

kahve çekirdekleri

Təsadüflərin rolu

Kofeini qəhvədən ayırmaq prossesi yenə də bir alman tərəfindən, Kaffee HAG adlı şirkətin sahibi Ludwig Roselius tərəfindən təsadüfən kəşf edilib. 1903-cü ildə dəniz yolu ilə qəhvə tumu idxal edərkən yüklərə dəniz suyu sızıb. Bu vəziyyət qəhvənin dadını dəyişməsə də, kofeinin ayrılıb axmasına səbəb olub.

Roselius bunu istehsal sistemində tətbiq edərək əvvəlcə tumları bəzi turşularla birlikdə buxara tutmuş, son mərhələdə isə benzoldan istifadə edərək kofeindən ayırmışdı. Beləliklə, kofeinsiz qəhvə yaradılıb.

Lakin benzolun kanserogen xüsusiyyəti meydana çıxanda yeni üsullar üzərində dayanıldı. Bunların bir qismi bu gündə istifadə olunur. Lakin bu çox da asan prosses deyil. Qəhvə şirkətləri bu prossesi özləri etmirlər. Sadəcə bu iş üçün yaradılmış şirkətlərin çoxu Avropa, Kanada, ABŞ və Cənubi Amerikadadır.

kavrulmamış kahveQəhvə tumları qovrulmadan əvvəl kofeindən təmizlənir

Əridicilərlə təmizləmə

Kofeindən təmizləmə prossesi qəhvə tumları qovrulmadan əvvəl hələ yaşıl olarkən həyata keçirilir. Fərqli üsulları olsa da ən geniş yayılanı yaşıl qəhvə tumlarının metal xlorid və ya etil asetat kimi həlledici mayelərin içində saxlanılmasıdır. Metil xlorid rəng həlledici olaraq da istifadə edilən bir birləşmədir.

Etil Asetat isə sirkənin əsas maddəsi olaraq təbii meyvə efiridir. Dırnaq boyasını çıxarmaq üçün istifadə olunan asetonda da bu maddə vardır.

Qəhvə tumları suda isladıldıqdan sonra bu mayelərdən birinin içində saxlanılır. Bu müddət ərzində kofein tumdan ayrılır. Bu kofein mayedən təmizləndikdən sonra maye təkrar-təkrar istifadə edildiyi üçün qəhvəyə dad verən birləşmələrlə sıxlaşmış olur. Beləliklə, bu mayedə saxlanılan tumlar dadını itirmir.

Bu prosseslərdə istifadə olunan həlledici maddələrin sağlamlıq baxımından hər hansı bir riski olduğu aşkarlanmayıb. İlk dəfə olaraq, 1979-cu ildə İsveçdə tətbiq edilən su ilə təmizləmə üsulunda isə qəhvə tumları suda saxlanıldıqdan sonra aktivləşmiş karbondan süzülərək kofeindən təmizlənir.

kahve

Karbon dioksidlə təmizləmə

Digər bir üsul isə suya salınan tumlara hava keçirməyən polad qablarda təzyiqli karbon dioksid (CO2) buraxılmasını nəzərdə tutur. CO2 kofein molekullarına sarılaraq onları tumlardan ayırır. Ancaq bu olduqca bahalı bir üsul olduğu üçün isitfadəsi məhduddur. İsti su əlavə edilərək hazırlanan toz qəhvə (Nescafe) istehsalının artması ilə kofeindən təmizləmə prossesi daha da genişlənib. Lakin ilk kofeinsiz hazır qəhvə məhsulları çox da dadlı deyildi.

Keyfiyyətli qəhvə satılan kafelərin sayı artdıqca bu prosseslər inkişaf etdirildi və kofeinsiz hazır qəhvə belə ləzzətli vəziyyətə gəlib.

Lakin kofeindən təmizləmə prossesindən keçirilən qəhvədə belə az miqdarda da olsa kofein vardır. Ona görə də hər hansı bir səbəbdən kofein qəbul etmək istəmədiyiniz bir vaxtda qəhvə yerinə başqa bir içki içmək bəlkə də daha doğru olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.