Maraqlı

Yaşamaq üçün ildən-ilə daha da rahat olan 5 şəhər

20 Sentyabr 2018 21:35
0 Şərh     Baxış: 1 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Economist Intelligence Unit-in reytinq siyahısında dünyanın 140 böyük şəhəri yer alıb. Siyahı hər il yaşayış rahatlığına təsir göstərən 30 ən vacib amillərin araşdırılması əsasında tərtib edilir. Bu amillərə isə təhlükəsizlik, səhiyyə xidmətləri, təhsil, yemək keyfiyyəti, yol, ictimai nəqliyyat və təbii ki, kafe və barda vaxtını şən keçirməyin mümkünlüyü daxildir.

Bu reytinqin qalibləri hər il KİV-dən (2018-ci ildə Vyana Melburnu bu siyahının yuxarı pilləsindən kənarlaşdırmışdı) öz diqqət payını alırlar. Ona görə biz də qərara aldıq ki, son 10 il ərzində Economist Intelligence Unit reytinqinin pillələri ilə inadla yuxarıya qalxan şəhərlərə diqqət yetirək.

Bu şəhərlər hələ ki, reytinqin ilk onluğuna daxil olmasalar da artıq çox şeyə nail olublar. Onların inkişafının səbəbi nədir? Bu barədə şəhər sakinləri nə deyir?

Согласно рейтингу Economist Intelligence Unit, Вена в этом году опередила Мельбурн в списке самых удобных для жизни городов мираEconomist Intelligence Unit-in reytinqinə görə, Vyana bu il Melburnu dünyanın ən rahat şəhərləri siyahısında arxada qoyub

Honolulu, ABŞ

Hawaiian ştatının paytaxtı son 10 il ərzində siyahıda yuxarı pilləyə sıçrayış edib. Hazırda bu şəhər əsasən təhsil və mədəniyyət sahəsində yüksək göstəriciləri sayəsində ABŞ-ın yaşamaq üçün ən rahat şəhərlərindən birinə çevrilib. Honolulu şəhərinin sakinləri deyirlər ki, şəraitin yaxşılaşması dünya iqtisadiyyatının yüksəlməsi və onlar üçün qeyri-adi olan tipik şəhər tərzinin tətbiq edilməsiylə bağlıdır.

"Sonunda rəhbərlik, biznes və sakinlərin özləri də etiraf ediblər ki, şəhəri inkişaf etdirmək lazımdır", - deyə bütün həyatı boyu Hawiian-da yaşayan, The Howard Hughes Corporation əmlak şirkətinin icmanın inkişafı məslələri üzrə vitse-prezidenti Todd Apo deyir.

"Sən dünyadan təcrid olunmuş adada yaşayan zaman normal həyat üçün lazım olan hər şeyə sahib olmalısan. Bizim bu gün sahib olduğumuz hər şey bir çox insanın uzun müddətli səylərinin nəticəsidir".

Honoluludakı təşəbbüslərdən biri gəzinti üçün, böyük piyada ərazilərinin salınması olub. Məsələn, ticarət və yaşayış yerlərinin qarışıq olduğu Ward Village rayonu kimi.

HART dəmiryolu sisteminə ciddi investisiya qoyulub, hansı ki, açılışı 2020-ci ilə planlaşdırılıb. Qatarlar Honolulu iş mərkəzini qərbdən 20 kilometr aralıda yerləşən şəhər ətrafı ərazilərlə birləşdirəcək.

В Гонолулу стало гораздо комфортней жить после того, как гавайские власти и бизнес признали: города надо развиватьHawaiian ştatının rəhbərliyinin və biznesin şəhəri inkişaf etdirmək etirafından sonra Honolulu yaşamaq üçün daha da rahat yerə çevrilib

Bura çoxlu sayda xaricilər işləməyə və yaşamağa gəlirlər, xüsusən də Yaponiyadan və digər Asiya ölkələrindən. Honolulu irqindən və ənənədən asılı olmayaraq hər kəsi ora dəvət edir.

"Biz burda hamımız bir kanoyedəyik (idman qayığı) və biz istəyirik ki, həyat burda sakit və xoş olsun", - deyə bir qədər əvvəl New-York-dan bura gələn Huwaiian The Howard Hughes Corporation şirkətinin prezidenti Simon Treacy deyir.

"Honolulunun gözəl mədəniyyəti var. Burada sevgi ruhu hökm sürür, burada şəhər həyatının, cəmiyyət həyatının bütün elementləri var. Burdakı mühit sənə ilham verir və səni canlandırır, bu çox sağlam mühitdir".

Budapeşt, Macarıstan

Macarıstanın paytaxtı və ən böyük şəhəri olan Budapeşt son 10 il ərzində öz infrastrukturunu ciddi şəkildə yaxşılaşdırıb, rayonların tənzimlənməsində çox şey əldə edib və sakinlər bu fərqi hiss edirlər.

"Mən Budapeştdə 8 ildir yaşayıram və böyük irəliləyiş göz qabağındadır", - deyə Budapeştin The Spoiled Queen jurnalının təsisiçisi Victoria Skiba bildirib.

"Çoxlu velosiped yolları salınıb, gecə-gündüz xidmət göstərən avtobus marşrutlarının və tramvayların sayı çoxalıb, şəhərin çox hissəsi sözün əsil mənasında canlanıb, o cümlədən bir vaxtlar tərk edilmiş ərazilər belə".

V əsrdən çaxır və üzüm bağları ölkəsi sayılan Macarıstan hazırda kraft pivəsiylə (ənənəvi reseptlərlə xüsusi pivə bişirənlər tərəfindən hazırlanan pivə) və küçə yeməyi ilə həddən artıq bir məşhurluq yaşayır. Hər yerdə yeni kafelər görmək mümkündür.

Bu sahənin canlanmasına həm də Macarıstan Avropa İttifaqına (Aİ) qoşulduqdan sonra ölkəyə gələn xarici şirkətlər də kömək edib. Yeni iş yerləri açılıb, şəhərə macar dilini bilməyən çoxlu xaricilər gəlib.

Будапешту помог приход в страну иностранных компаний после присоединения Венгрии к ЕвросоюзуBudapeştə Aİ-na qoşulduqdan sonra ölkəyə gələn xarici şirkətlər kömək edib

Lakin bütün bunlar yalnız üstünlüklər gətirməyib.

"Çoxlu ucuz barlar açılıb, xüsusilə 7-ci rayon ərazisində və şəhərin bu hissəsi turistlərlə doludur",- deyə Skiba bildirib.

Onun sözlərinə görə, turist axını və xaricilərin gəlişi kirayə evlərinin qiymətini artırıb.

"Budapeştə köçməyi planlaşdıran digər ölkə sakinləri yalnız xarici olduqlarına görə artıq pul verməmək üçün ilk əvvəl Facebook-dakı mövzu qruplarında kirayə evlərin qiymətini yoxlamalıdırlar. Burda belə hallar tez-tez baş verir", - deyə o xəbərdarlıq edib.

Əl-Küveyt, Küveyt

Yaşayış rahatlığına görə, dünyanın ən yaxşı şəhərlərinin reytinqində təqribən orta sıralarda yer alan Əl-Küveyt böyük mədəni açıqlığına və yol sistemindəki böyük irəliləyişlərə görə davamlı olaraq bu siyahıda irəliləyir. Küveyt Fars körfəzi, Səudiyyə Ərəbistanı və İraq arasında sıxışdırılıb. Əl-Küveyt həmişə beynəlxalq ticarət üçün vacib şəhər və liman olub. Və son 10 il ərzində qlobal təsir onun gündəlik həyatına nüfuz edib.

"Mən orada böyümüşəm və əvvəllər burada musiqi, teatr və kinoya qarşı daha ciddi qaydalar mövcud idi. İndi hər şey dəyişir",- hazırda ABŞ-da yaşayan Midwest Immersive multimedia şirkətinin təsisçisi Akib Usman deyir.

"Əvəllər burada pop musiqisi konserti barədə eşitməzdin. Həyatımda ilk dəfə mən konsertə öz vətənimdə deyil, Hindistanda getmişdim. İndi çoxlu konsertlər olur və bu da məni təəccübləndirir. Son 5 il ərzində hər şey dəyişib".

Глобализация затронула и повседневную жизнь столицы Кувейта - сюда пришел Qloballaşma Küveytin paytaxtının gündəlik həyatına da təsir edib - "Starbucks" bura da gəlib

Usman dəyişiklikləri qloballaşma və internet mədəniyyəti ilə əlaqələndirir. Bundan başqa, internet xarici mətbəxə qeyri-adi maraq yaradıb.

"Ölkədə spirtli içki qadağan edildiyinə görə, insanlar əylənmək üçün restoranlara gedirlər və bütün yeməklərin dadına baxmaq istəyirlər. Cheesecake Factory Küveytdə öz filialını açmaq istəmədiyinə görə, ölkədəki şirkətlərdən biri bu franşizin (kommersiya münasibəti növü) ölkədə açılmasına sərmayə yatırıb.

Baxmayaraq ki, Küveyt Qərb mədəniyyəti üçün daha açıq olub, maliyyə azadlığının səviyyəsi və gözlənilən yaş həddi burada rekord səviyyəyə çatıb, elə şeylər var ki, potensial xaricilərə bu barədə xəbərdarlıq etmək lazımdır. Burada yalnız küveytlilər torpaq sahibi ola bilərlər.

Küveytdə biznes qurmağı planlaşdıran xaricilərin biznes işində 51 faizdən az payı olmayan küveytli partnyoru olmalıdır. Yeri gəlmişkən, satış və gəlir vergisinin olmaması bu şəhəri və ölkəni iş üçün və pul yığmaq üçün əlverişli yer edir, Usman qeyd edib.

Okland, Yeni Zelandiya

Yeni Zelandiyanın şimalında yerləşən bu şəhər Economist Intelligence Unit reytinqində həmişə yuxarı pillələrdə yer tutur və onun mövqeyi son 10 ildə daima yaxşılaşır.

"Okland mədəni cəhətdən zəngindir və vəziyyət yaxşılaşmaqda davam edir", - deyə şəhər sakini, Hands Up Holidays ailə istirahəti agentliyinin məsləhətçisi Christopher Hill deyir.

Şəhərə həqiqətən ən müxtəlif mədəniyyətlər - aborigen, Asiya, Qərb və Cənubi Afrika mədəniyyəti güclü təsir göstərir.

Bu isə müxtəlif ölkələrin mətbəxiylə restoran biznesi bumunun yaranmasına, Çin Yeni ili və hindlilərin Divali bayramının qeyd edilməsinin daxil olduğu mütəmadi mədəniyyət festivallarına gətirib çıxarıb.

Городская инфраструктура Окленда постоянно улучшаетсяOkland şəhərinin infrastrukturu daima yaxşılaşır

Son illər ərzində Okland öz sakinləri üçün səhiyyə və təhsil sahəsində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Lakin buna baxmayaraq Hilla-nın sözlərinə görə, özəl məktəblərin və tibb müəssisələrinin keyfiyyəti əvvəlki kimi dövlətinkindən yüksəkdir. O deyir ki, ali təhsil hər vəziyyətdə birinci dərəcəlidir.

Şəhərdə yaxşılaşdırılması lazım olan şeylər var və bu ilk növbədə infrastruktura aiddir.

"Okland genişləndi və bu düzgün planlaşma ilə müşayiət olunmadı. Lakin nəqliyyat tıxacları son vaxtlar effektli həll edilir və ictimai nəqliyyat sistemi yaxşılaşmaqda davam edir", Hill deyir.

Belə ki, vətəndaşlar yaşayış yeri seçərkən strateji istiqamətdə düşünməlidirlər.

"Sahilə yaxın olan rayonlarda tıxaclar xüsusilə pisdir. Beləliklə, seçim sizindir: ya çimərliyə yaxın yaşamalısınız, ya işə tez çatmalısınız", - Hill xəbərdarlıq edir.

"Lakin iki dünyadan yaxşısına sahib olmaq da mümkündür. Devanportda (körfəzin şimal hissəsində yerləşən müasir rayon) məskunlaşaraq şəhərin mərkəzində yerləşən işə gəmiylə səyahət edə bilərsiniz".

Oklandda yaşayış ucuz deyil. Bir qədər əvvəl şəhər ən bahalı xüsusi mülk satışı olan şəhərlər siyahısında 4-cü yeri tutub. Yerli rəhbərlik xaricilərə burada əmlak almasını qadağan etmək üçün addımlar atırlar.

Taybey, Tayvan (Çin respublikası)

Taybey yaşamaq üçün rahat olan şəhərlər arasında yuxarı pillələrə qalxmaqda davam edir. Şəhər rəhbərliyi fəal şəkildə infrastrukturun və səhiyyənin inkişafına sərmayə qoyur. Metro sistemi şəhərin demək olar ki, bütün nöqtələrini birləşdirirək dünyanın az qala hər yerinə reysi olan beynəlxalq hava limanından da keçir.

Тайбейское метро дотягивается почти до каждого уголка города, в том числе и до международного аэропортаTaybey metrosu şəhərin demək olar ki, bütün nöqtələrindən, o cümlədən beynəlxalq hava limanından da keçir

Taybey sakinləri səhiyyə və təhsil haqqında həvəslə danışırlar. "Səhiyyə sistemi inanılmazdır və bunu mən, Kanadada böyüyən bir insan kimi deyirəm!" -deyə bura Ottavadan gələn korporativ hüquq məsləhətçisi Shannon Watson danışır.

"Siz "ölkədə daimi yaşayan xarici" (işləməyə, oxumağa və ya Tayvan vətəndaşının ailə üzvü olaraq gələn) statusu alan kimi sizə də ölkə sakinlərinə verilən tibbi xidmət kartının eynisi təqdim edilir. Bu tibbi xidmətə, o cümlədən stomotologiya da daxildir. Burada müalicə heç də bahalı deyil".

Burada təhsil almaq üçün də müxtəlif imkanlar var. Buraya ABŞ-dan gələrək media-biznesi məsləhəti üzrə Wild Hearted Words şirkətini açan Judy Tsuey qızı üçün Montessoridə məktəb tapıb. Burada şagirdləri yeməklə təmin edərək Çin dilini öyrədirlər.

Taybeydə uşaqları sevirlər, ona görə də gənc ailələr üçün Tayvan ideal yerdir.

"Qatarda əgər vaqon dolu belə olsa, adamlar uşaqları görən kimi qalxıb yer verirlər", - Tsuey danışır.

Baxmayaraq ki, burada iş tapmaq üçün müəyyən səviyyədə Çin dilini bilmək zəruridir, yerli sakinlər çox mehribandır və xaricilərə kömək etməyə həmişə hazırdırlar, hətta özləri ingiliscə pis danışsalar belə. Judi Tsuey qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.