Maraqlı

Əbu-Dabi yenidən dünyanın ən təhlükəsiz şəhəri hesab edilib

21 Sentyabr 2018 08:59
0 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi "Numbeo" internet resursunun versiyasına görə ikinci ildir ki, dünyanın ən təhlükəsiz şəhəri adını qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, reytinqə dünyanın 338 şəhəri daxil edilsə də, məhz Əbu-Dabidə cinayətkarlığın ən aşağı səviyyəsi qeydə alınıb. Bununla yanaşı, Əmirliklərin ikinci iri şəhəri sayılan Dubay bu reytinqdə 11-ci yerdədir. Belə ki, Əbu-Dabi 13,63 bal, Dubay isə 19,03 bal toplayıb. Ötən illə müqayisədə hər iki göstərici yaxşıya doğru dəyişib.

Reytinqə təhlükəsizlik səviyyəsi ilə yanaşı, dolanışıq xərcləri və həyatın keyfiyyəti, ətraf mühitin çirklənmə dərəcəsi və səyahətin dəyəri kimi göstəricilər də daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.