Maraqlı

Alimlərdən dünyanı qorxudan xəbərdarlıq: "Hər an Günəş fırtınası ola bilər"

21 Sentyabr 2018 08:37
0 Şərh     Baxış: 2 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər Günəş ilə bağlı qorxunc açıqlama veriblər.

Milli.Az "ölkə.az"-a istinadən xəbər verir ki, ingilis mütəxəssislər günəş fırtınalarının artacağını və yüksək sürətli radioaktiv hissələrin Dünyadakı elektrik sistemləri və rabitəni məhv edəcəyini bildiriblər.

İngiltərənin Kosmik Agentliyi və alman alimlər kosmosa yeni sistem göndərərək daha dəqiq nəticələr ala biləcəklər. Alimlər  "Günəş fırtınalarının bizə təsir etməsi an məsələsidir" açıqlamasını veriblər.

Avropa Kosmik Agentliyi bir neçə günə yeni layihəyə başlayır. Layihə Günəşdəki fırtına və partlayışlarla bağlıdır.

"Kosmosa göndəriləcək yeni sistem alimlərin və millətlərin gələcəkdəki Günəş fırtınaları və partlayışlara qarşı tədbir görməyimizi nəzərdə tutur", - deyə açıqlama verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.