Maraqlı

Demet Akalın boşandığı əri haqda: Evdə bir çöpü belə yoxdur

19 Sentyabr 2018 16:40
2 Şərh     Baxış: 2 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Altı il yarım evli qaldığı Okan Kurtdan on dəqiqəyə boşanan türkiyəli müğənni Demet Akalın ayrılıqdan sonra ilk dəfə danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən gün konsert verən ifaçının tamaşaçıları Okan Kurtun da həmin məkanda olduğunu bildiriblər.

İddiaları təkzib edən Demet isə "Teve 2"də yayımlanan "İkinci sayfa" proqramına telefonla bağlanıb.

"Okanla görüşmürük. Müsadirə edilən əşyalarımızı geri qaytarmışıq. İnsanlar məndən əl çəksin. Çox yaxşıyam, konsertdən konsertə qaçıram. Okanın evdə bir çöpü belə yoxdur. Bizi bağlayan bir tək qızımız Hiradır. Onun da dayəsi ilə danışır. Əlaqəni kəsmişik", - deyə Akalın bildirib.

Qeyd edək ki, müğənninin ərinin banklara 150 milyon borcu olduğu üçün evdən əşyaları müsadirə olunmuşdu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.