Maraqlı

Venesuela prezidenti Nüsrətin restoranına getdi - VİDEO

19 Sentyabr 2018 16:38
5 Şərh     Baxış: 2 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela prezidenti Nikolas Maduro türkiyəli aşpaz Nüsrət Gökçenin restoranına gəlib. Bundan sonra internet istifadəçiləri onu bədxərclikdə ittiham ediblər.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Bununla bağlı "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, venesuelalı lider həyat yoldaşı ilə birlikdə "Nurt-Et" restoranına baş çəkmək üçün Türkiyəyə gəlib. Orada prezident və xanımı dəyəri 100 dollar olan yemək sifariş ediblər və üzərində "Salt Bae" yazılmış futbol köynəyi hədiyyə qazanıblar.

Bundan başqa, Gökçə Maduroya fərdi qutuda siqar verib. Videogörüntüdə prezidentin "Bu, həyatda bir dəfə olur" fikrini deməsi aydın eşidilir.

Venesuela sakinləri isə ölkənin böhran vəziyyətində olmasına baxmayaraq, prezidentin əylənməsini tənqid ediblər.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Venesuela prezidenti Nüsrətin restoranına getdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.