Maraqlı

Efirə çıxan cərrah 1000-ə yaxın qızı zorlayıbmış - FOTO

19 Sentyabr 2018 13:20
0 Şərh     Baxış: 5 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Efirə çıxan cərrahın 1000-dən çox qadını zorladığı məlum olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da ortopedik cərrah kimi fəaliyyət göstərən 38 yaşlı Grant Robicheaux sevgilisi ilə birlikdə yüzlərlə qadına narkotik maddə verərək zorlayıb.

Onlar barda, restoranlarda tanış olduqları qızlara narkotik maddə verib, huşsuz vəziyyətə gətirdikdən sonra qadınlara qarşı seksual xarakterli hərəkətlər edib, həmin anları videoya çəkiblər.

Grant Robicheaux və 31 yaşlı sevgilisi Cerissa Laura Riley saxlanılıb. Onların mobil telefonundan 1000-ə yaxın təcavüz videosu çıxıb. Hazırda təcavüzə məruz qalanlardan, sadəcə, ikisinin kimliyi bilinir.

Polis məsələ ilə bağlı müraciət ünvanlayıb və digər qurbanları axtarır.

Qeyd edək ki, Grant reaili-şou proqramlarında cərrah kimi iştirak edib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.