Maraqlı

Sürücü qəsdən məsciddən çıxan müsəlmanları əzdi - VİDEO - FOTO

19 Sentyabr 2018 12:08
2 Şərh     Baxış: 2 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Londonda yaşayan müsəlmanlara hücum edilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, sürücü qəsdən qırmızı "Nissan" markalı avtomobilini Londonun şimal-qərbindəki məsciddən çıxan insanların üstünə sürüb. O, səkiyə dırmaşaraq  müsəlmanları əzib. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Sürücü hadisə yerindən qaçmaq istəsə də, o, polislər tərəfindən saxlanılıb.

Avtomobildə onunla yanaşı başqa 2 nəfər də olub. Sürücü avtomobili piyadaların üstünə sürərkən müsəlmanları təhqir edəcək ifadələr işlədib.

Londondakı müsəlman icmasının sədri açıqlamasında bildirib ki, hücum edən şəxslərin 3-ü də qafqazlıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücü qəsdən məsciddən çıxan müsəlmanları əzdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.