Maraqlı

Şirləri qovdu, amma kaftarla bacarmadı - VİDEO - FOTO

19 Sentyabr 2018 16:06
0 Şərh     Baxış: 2 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5 şirin hücumuna məruz qalan kəl onlarla döyüşüb və aslanları qova bilib. Lakin böyük kəl ona arxadan hücum edən kaftarı nəzərdən qaçırmışdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Cənubi Afrika Respublikasındakı Krüger Milli Parkında yaşanıb.

Şir praydı kələ hücum etmişdi. Lakin camışla bacara bilməyəcəyini anlayan praydın əksər üzvləri gediblər. 5 şir isə kəli parçalamaqda "qərarlı" idilər.

Kəl sonadək döyüşüb, qaçmayıb və şirlərə qalib gəlib.

Fəqət arxadan yaxınlaşan kaftar kəli dişləyib, onu parçalamaq istəyib.

Kəl kaftarı qovsa da, ağır yaralar alıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şirləri qovdu, amma kaftarla bacarmadı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.