Maraqlı

Türkiyəli millət vəkili “Lamborghini”sini satışa çıxardı — FOTO

18 Sentyabr 2018 20:36
1 Şərh     Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin hakim "Ədalət və İnkişaf" partiyasının Sakaryadan seçilmiş millət vəkili Kənan Sofuoğlu "Lamborghini Aventador" markalı lüks avtomobilini satışa çıxarıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, avtomobilə 2.8 milyon lirə (730 min manat) qiymət qoyulub.

Millət vəkili "Mühərrikin səsindən parlamentə gəldiyimi anlayacaqlar" deyib. O, avtomobili ilə parlamentə getmişdi. Onun avtomobilinin "MA" dövlət nömrə nişanlı olması diqqətə səbəb olmuşdu. Sofuoğlu isə avtomobilin arvadı Culiya Luman Sofuoğlunun adına qeydiyyatda olduğunu bildirib.

2018-ci il model olan maşının 3 min 850 km yürüşü var.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.