Maraqlı

İltihab əleyhinə pəhriz – Bağırsaq xorası və onkoloji xəstəliklərə qarşı

18 Sentyabr 2018 22:25
0 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşa Universitetinin alimləri qəfil ölüm riskini azaldan, çox iltihabi prosesləri müalicə edən və onkoloji xəstəliklərə qarşı antiiltihab pəhrizini işləyib hazırlayıblar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, yeni elmi araşdırmada 68,3 min kişi və qadın iştirak edib. 16 il ərzində onlar iltihab əleyhinə pəhrizə əməl edirlər.
İltihab əleyhinə ərzaqlara bunlar daxildir:

-Çay, qəhvə
-Meyvə-tərəvəzlər
-Mayasız çörək
-Yağsız pendir
-Zeytun yağı
-Kanola yağı
-Qoz
-Şokolad
-Şərab, çaxır

İltihab yaradanlar isə bunlardır:

-Qırmızı ət, ət məhsulları
-Çips
-Qazlı, şirəli içkilər
-Fast food
-Termiki işlənmiş hazır qidalar
-Şəkərli məhsullar

Əldə olunan nəticələrə görə, iltihab əleyhinə qidalanmaya riayət edənlərdə vaxtsız və qəfil ölüm riski 18%, ürək-damar problemlərindən ölüm 20%, xərçəngə tutulmaq isə 13% azalmışdır.

Daha yaxşı nəticəni bu pəhrizlə yanaşı siqareti tərgidənlər göstərib. Onlar siqaret çəkib, düzgün qidalanmayan yaşıdlarına nisbətən daha çox yaşayıblar.
Alimlər qeyd edir ki, hətta az-az, hissəvi bu metoda keçmək insan sağlamlığı üçün uğurun yarısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.