Maraqlı

Oxuduqca zeytun yağına heyran olacaqsınız

18 Sentyabr 2018 21:25
0 Şərh     Baxış: 1 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Yediyiniz yeməklərə və salatlara başqa yağları çox töksəniz xolesterin yüksələcəkdir, amma zeytun yağını nə qədər çox töksəniz o qədər yüksək xolesterin azalacaqdır.

2. Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olursa, zeytun yağı əksinə çox olduqca turşuluq azalacaqdır.

3. Milli.Az fizulihuseynov.com-a istinadən bildirtirir ki, başqa yağları bol yesəniz öddə və böyrəkdə daş əmələ gələcəkdir, amma zeytun yağı əksinə bol-bol yedikcə nəinki daş əmələ gələcək, hətta olan daşlarınız yavaş-yavaş əriyəcəkdir.

4. Başqa yağları çox yedikcə kökələcəksiniz, amma zeytun yağı heç vaxt piylənmə verməz. Başqa yağları udduqda boğazda azda olsa qıcıqlanma verəcəkdir, amma zeytun yağı əksinə heç vaxt qıcıqlanma verməyəcəkdir.

5. Əsl zeytun yağı soyuducunun buzxanasında kərə yağı kimi bərkiməlidir.

6. Zeytun yağı dərinin ən yaxın dostudur, günəş altında bütün bədəninizi zeytun yağı ilə yağlayıb ən azı bir saat gözləyin dəriniz pambıq kimi yumşaq, rezin kimi elastik kəçəcəkdir.

7. Əgər dırnaqlarınız tez sınırsa, elastik deyilsə, saçınız sərtdirsə zeytun yağından bol-bol vurun, nəticəni az bir vaxtdan sonra görəcəksiniz.

8. Zeytun yağından bol istifadə edənlərin dərisi parlaq olar, sellülitləri olmaz.

9. Uşaqlarına süd verən anaların döş uclarında əmələ gəlmiş çatlaqlar üçün zeytun yağı əvəzolunmazdır.

10. Zeytun yağı sümükləri bərkidir, əzələləri qıc olmadan qoruyur.

Sonda. Söhbət rafinə olunmamış, yəni sızma zeytun yağından gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.