Maraqlı

Bitkilərin tərkibində əsəb sisteminin analoqu aşkar olunub

22 Sentyabr 2018 23:03
0 Şərh     Baxış: 3 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bitkilər təhlükə haqqında məlumatı ötürməyə qadirdirlər. Onlar bunu heyvanların əsəb sistemini xatırladan xüsusi sistem vasitəsilə edə bilirlər.

Bu barədə Science jurnalında ABŞ və Yaponiya alimlərinin birgə tədqiqatlarının nəticələrinin nəşr olunduğu məlumatda bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bir yarpağa zərər dəydikdə, ağacın budağının və digər yarpaqların bu barədə məlumat aldığı qənaətinə gəliblər. Onlara bunu öyrənməyə bitkilərin tərkibindəki kalsi və bu maddənin miqdarında baş verən dəyişikliklər kömək edib. Belə ki, laboratoriyada quraşdırılan xüsusi molekulyar sensor cihazı vasitəsilə bitkilərin tərkibindəki kalsinin ümumi miqdarına cavab verən maddə tapmaq mümkün olub.

Tədqiqatlar zamanı mütəxəssislər şəraitdən asılı olaraq bitkilərin tərkibində kalsinin miqdarının artıb-azaldığını müşahidə ediblər. Alimlərin fikrincə bu dəyişikliklər təhlükə haqqında məlumatı bir neyrondan digərinə ötürən cərəyan səbəbindən baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.