Maraqlı

Peyğəmbər necə dəstəmaz alardı?

20 Sentyabr 2018 21:40
1 Şərh     Baxış: 2 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəstəmaz almağın əsasları haqda Uca Allah Qurani Kərimdə buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun...". (əl-Maidə, 6). ​

Dəstəmaz almağın qaydası:
1. "Bismilləh" deyib üç dəfə ağıza və buruna birlikdə su çəkib ağızı yaxalamaq və burundan suyu geri çıxartmaq.
2. Sonra üç dəfə üzü yumaq.
3. Sonra dirsəklər daxil olmaqla üç dəfə sağ əli və üç dəfə də sol əli yumaq.
4. Sonra başa və qulaqlara məsh etmək.
5. Sonra topuqlar daxil olmaqla sağ və sol ayağı yumaq.
Milli.Az zikr.az-a istinadən bildirir ki, dəstəmaz aldıqdan sonra dua oxumaq yaxşı hesab olunur. Allahın Elçisi (salləllahu aleyhi va səlləm) demişdir: "Sizdən kim əməlli-başlı dəstəmaz alıb bu duanı oxusa, Cənnətin səkkiz qapısı da birdən onun üzünə açılar və o, istədiyi qapıdan Cənnətə daxil olar: "Əşhədu ən la iləəhə illəllaahu vah'dəhu lə şəriikə ləhu va əşhədu ənnə Muhəmmədən ab'duhu va rasuuluhu - Mən şəhadət edirəm ki, Allahdan başqa həqiqi tanrı yoxdur, Onun heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir". (İmam Muslimin rəvayət etdiyi hədis). Başqa rəvayətdə bu əlavə vardır: "Allahummə-c'əlni minə-t-təvvabinə va-c'alni minə-l-mutətahhəriin - Allahım, məni tövbə edənlərdən və pak olanlardan et!".
Ön və arxa məxrəclərdən çıxanlar, həmçinin dərin yuxuya getmək və ya huşu itirmək dəstəmazı pozur. Mürgüləmək dəstəmazı pozmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.