Maraqlı

İstirca duası necə oxunur?

20 Sentyabr 2018 23:20
0 Şərh     Baxış: 1 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstirca ərəb mənşəli söz olub mənası insanın başına müsibət gəldiyi vaxt oxuduğu duadır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir müsəlmanın başına bir müsibət gəldikdə? Allahını əmr etdiyi (İnnəə lilləəhi və innəə ileyhi raicuun - إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ) sözünü söylər və (Allahummə'curni fi musiibəti va-x'luf li xayran minhə - اللَّهُمَّ أَجِرْنِي فِي مُصِيبَتِي وَاخْلُفْ لِي خَيْرًا مِنْهَا) deyə dua edərsə, mütləq Uca Allah ona daha xeyirlisini verər". (Muslim, 918).

Milli.Az zikr.az-a istinadən bildirir ki, Qurani Kərimdə də istirca aşağıdakı kimi vurğulanıb. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"- deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.