Maraqlı

Xəlifələrdən hansısa İslamı çətinliklə qəbul edibmi?

20 Sentyabr 2018 22:20
0 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumən islamda Raşidi xəlifələri dörd nəfərdir. Onlar Allah elçisindən (salləllahu aleyhi və səlləm) sonra ümmətin ən üstün insanlarıdır (Allah onlardan və bütün səhabələrdən razı olsun).

1. Əbu Bəkr əs-Siddiq
2. Ömər ibn Xəttab
3. Osman ibn Affan
4. Əli ibn Əbu Talib
Əbu Bəkr (Allah ondan razı olsun) islam dəvətini eşidən kimi onu təsdiq etmiş və dərhal islamı qəbul etmişdir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) islamı qəbul edən 40-cı adamdır və Qurani Kərimdən bəzi ayələri eşidərək təsirlənmiş və həmçinin Muhəmməd peyğəmbərin (salləllhu aleyhi və səlləm) onun islamı qəbul etməsi üçün dua etməsindən sonra islam onun qəlbində oturmuş və islamı qəbul etmişdir. Onun islamı qəbul etməsiyilə də müsəlmanlar qüvvətlənmişdirlər.
Osman ibn Affanı (Allah ondan razı olsun) isə Əbu Bəkr (Allah ondan razı olsun) dəvət etmiş və o da onun dəvəti əsasında islamı qəbul etmişdir.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında olmuş və islamı ilk qəbul edənlərdən biridir.
Bir sözlə xəlifələrdən heç biri zor gücünə və ya çətinliklə islamı qəbul etməyib. Allah onları islam üçün xəlifə olsunlar deyə seçib ayırmışdır. Allah onlardan və bütün səhabələrdən razı olsun! Bu barədə daha ətraflı məlumatı səhabələr haqqında olan kitablardan geniş şəkildə əldə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.