Maraqlı

Vakansiyaların sayına görə çempion

19 Sentyabr 2018 07:39
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çex Respublikası boş iş yerlərinin sayına görə Aİ üzvü olan digər ölkələrlə müqayisədə yenə birinci yerdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ilin ikinci rübündə Avropa İttifaqı məkanında boş iş yerlərinin sayı orta hesabla 2,2 faiz olduğu halda, Çexiyada bu göstərici artaraq 5,4 faizə çatıb. Bu, Aİ ölkələri arasında ən yüksək artım göstəricisidir.

Boş iş yerlərinin yüksək sayına görə ikinci yeri Belçika (3,5 faiz), sonrakı yerləri Niderland (3,1 faiz) və Almaniya (2,9 faiz) tutur. Bu göstəricinin ən aşağı qiyməti Yunanıstanda qeydə alınıb (0,7 faiz). Bolqarıstan, İspaniya və Portuqaliyanın hərəsində boş iş yerlərinin sayı 1 faizə bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.