Maraqlı

Köklüyə təsir edən 2 hormon

20 Sentyabr 2018 08:01
0 Şərh     Baxış: 2 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən əhəmiyyətli sağlamlıq problemlərindən biri olan kökəlmək ilə əlaqədar edilən son bir araşdırma kökəlmənin həqiqətən başda ola biləcəyini göstərdi. Belə ki, alimlər çəki artımına təsirli olan iki hormonun əhəmiyyətini kəşf etdi. ABŞ-dakı Miçiqan Universitetində edilən araşdırmaya görə bəzi insanların beyni iştahı idarə edən hormonlara cavab vermir.

Bu iki əhəmiyyətli hormondan biri Grehlin hormonudur. Bu hormon maddələr mübadiləsini yavaşıdır və bədənin yağ yandırma qabiliyyətini azaldır. İkinci və mütəxəssislərin daha çox üstündə dayandığı hormon isə Leptin hormonudur. Bədən ağırlığını nəzarət etmədə açar rolu oynayan leptin hormonu, beyinə davamlı aclıq siqnalı getməsinə təsir edən və daha çox kalori yandırılmasını təmin edən hormondur.

Daha əvvəlki araşdırmalarda Leptin hormonu ifrazı insanların kilolarıyla əlaqədar daha çox problem yaşadığı ortaya çıxarmışdı. İndi elm adamları Leptin hormonu beyinə çatana qədər təsirli olan iki ayaqlı bir qəbuledici kəşf etdilər.

Mütəxəssislərə görə həddindən artıq kilolu insanlarda bu qəbuledicilər əskikliyi müzakirə mövzusu ola bilər. Bu görüşlər köklük və hormonlarla əlaqəli xəstəliklərin müalicəsində, əhəmiyyətli ölçüdə yol göstərici ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.