Maraqlı

Kosmik qüvvələrin yaradılması ABŞ-a 12,9 milyard dollara başa gələ bilər

19 Sentyabr 2018 01:30
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kosmik qüvvələrin silahlı qüvvələr növü kimi yaradılması ilk beş ildə ABŞ-a 12,9 milyard dollara başa gələ bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat ABŞ Hərbi Hava Qüvvələrinin naziri Hezer Uilsonun hazırladığı məruzədə öz əksini tapıb. "Prezident Donald Tramp Kosmik Qüvvələrin formalaşdırılmasını istədiyini açıq şəkildə bildirib. Rusiya və Çinlə strateji rəqabət bu yanaşmanın diqqət mərkəzindədir", - qeyddə belə deyilir.

Uilsonun sözlərinə görə, mülki şəxsin rəhbərlik edəcəyi Kosmik Qüvvələr Nazirliyinin yaradılması nəzərdə tutulur. Nazir prezident tərəfindən təyin ediləcək. Tramp administrasiyası yeni silahlı qüvvələr üçün vəsaitin 2019-cu il oktyabrın 1-də başlayacaq 2020-ci maliyyə ilinin büdcəsinə daxil olunması üçün Konqresə müraciət etməyi planlaşdırır.

Hazırda hərbi kosmik proqramlara ABŞ Hərbi Hava Qüvvələri cavabdehlik daşıyır. Uilson hesab edir ki, kosmik qüvvələrin effektiv fəaliyyət göstərməsi üçün əlavə 13 min mütəxəssis cəlb olunmalıdır.

Donald Tramp kosmik qüvvələrin yaradılması barədə sərəncamı iyunun 18-də verib. O, milli kosmik şuranın üzvləri ilə Ağ evdə keçirilən müşavirədə bəyan edib ki, Amerika kosmosda öz iştirakını sadəcə qoruyub saxlamaqla kifayətlənməməli, orada hökmranlıq etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.